Şərqi Aralıq dənizində “Türkləri həbs edin” əmrinə Türkiyədən çox sərt cavab

Baxış sayı:
6874

Cənub Kipr Yunan Rəhbərliyi may ayından bəri Kipr adasının 36 və 50 dəniz mili açıqlarında olan Fateh qazma gəmisində işləyənlər və Türkiyə Neftləri Anonim Ortaqlığı (TPAO) ilə əməkdaşlıq edən şirkətlərin səlahiyyətliləri haqqında sözdə münhasır iqtisadi bölgəsi içərisində qeyri-qanuni qazma edildiyi səbəbi ilə həbs qərarı çıxarıb. Türkiyənin Xarici İşlər Nazirliyindən mövzu ilə əlaqəli çox sərt bir açıqlama verilib.
 
Xarici İşlər Nazirliyinin sözçüsü Hamid Aksoy tərəfindən edilən açıqlama bu sözlər deyilib:
"Cənubi Kipr Yunan Rəhbərliyinin Fateh qazma gəmimizin işçiləri və TPAO ilə əməkdaşlıq edən xarici şirkətlərin idarəçiləri haqqında həbs qərarı verdiyini mətbuat xəbərlərindən yaxından izləyirik.
Kipr Türklərini yox sayaraq və haqlarını qəsb edərək hərəkət edən Yunan Kiprinin bu həddini aşan qərarı əgər doğru isə, bizim üçün heç bir hökmü və etibarlılığı olmayacaq. Bu cürətdə olduqları təqdirdə, lazım olan cavabı verəcəyimizdən də kimsənin şübhəsi olmamalıdır.
Yunan Kiprinin özünə aid olduğunu iddia etdiyi və beynəlxalq hüquqa uyğun olaraq məhdudlaşdırılmamış bir dəniz sahəsi üçün bu şəkildə bir qərar verməsi beynəlxalq hüquqla da uyğun gəlməməkdədir.
Bu səbəblə biz də əlaqədar təşkilatlarımızla birlikdə lazımlı qarşı hüquqi prosesi başladacağıq.
Yunan Kiprinin bu cür bihudə üsullarla öz qitə sahələrimizdə etdiyimiz işləri dayandırma səyləri heç bir nəticə verməyəcək.
Türkiyə həm öz qitə sahəsindəki haqqlarını qorumaq, həm də Adanın bərabər ortağı olan Kipr Türklərinin haqlarını qorumaq üçün neft və təbii qaz axtarış işlərinə planlandığı şəkildə qətiyyətlə davam edəcək".
Müxalifət.az