Şərqi Aralıq dənizində böyük qalmaqal! “Türkləri həbs edin” əmri

Baxış sayı:
6526

Cənub Kipr Yunan Rəhbərliyi may ayından bəridir Kipr adasının 36 və 50 dəniz mili açıqlarında olan Fateh qazma gəmisində işləyənlər və Türkiyə Neftləri Anonim Ortaqlığı (TPAO) ilə əməkdaşlıq edən şirkətlərin səlahiyyətliləri haqqında sözdə münhasır iqtisadi bölgəsi içərisində qeyri-qanuni qazma edildiyi səbəbi ilə həbs qərarı çıxarıb. Cənub Kipr Yunan Rəhbərliyinin Fateh Qazma gəmisində xidmət edən heyət ilə Türkiyə Neftləri Anonim Ortaqlığı (TPAO) ilə əməkdaşlıq edən şirkət səlahiyyətliləri ilə birlikdə 25 personalı və gəmi heyəti haqqındakı həbs qərarında, Kipr Yunan Rəhbərliyinin öz dəniz bölgəsində icazəsiz olduğunu səbəb göstərərək beynəlxalq sahədə istintaq başlatdığı ifadə edilib. Radiodan anons etdilər: Türkiyəyə alçaq təhdid Fateh qazma gəmisində İngiltərə ilə Türkiyədən heyətin olduğu və Türkiyənin bu mərhələdə, ikisi Amerikan, biri Xorvat olmaqla, qazma mövzularında mütəxəssis üç şirkətlə əməkdaşlıq etdiyi və bu işçilərlə şirkət səlahiyyətliləri haqqında cinayət işinin açıldığı ifadə edilib. Qeyd edək ki, Yunan Kiprinin rəhbərliyi daha əvvəl Fateh gəmisində xidmət edən heyəti "beynəlxalq həbs əmri" çıxarmaqla təhdid etmişdi. Müxalifət.az