"Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçıları görüşəcək - SƏBƏB

Aİ və proqrama daxil ölkələrinin XİN başçıları Şərq tərəfdaşlığı sammitinə hazırlıqla məşğul olacaq
 
İyunun 19-da Lüksemburqda "Şərq tərəfdaşlığı" proqramı üzrə nazirlər səviyyəsində iclas keçiriləcək.
Avropa İttifaqı və bu proqrama daxil ölkələrinin xarici işlər nazirləri noyabrın 24-də Brüsseldə keçiriləcək 5-ci "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıqla məşğul olacaqlar.
Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" proqramı Aİ-nin 6 şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına yönəlmiş təşəbbüsdür və proqram 2009-cu ildən həyata keçirilir. Onun təşəbbüskarları Polşa və İsveç olub.
Əlavə edək ki, "Şərq tərəfdaşlığı"nın 4-cü sammiti 2015-ci il mayın 21-22-də Riqada keçirilib.