​Sərnişindaşıma xidmətləri ucuzlaşdı

2017-ci ilin oktyabr ayında nəqliyyat xidmətlərinin qiymətləri əvvəlki ayla müqayisədə 0,7 faiz, o cümlədən yükdaşıma xidmətlərinin qiymətləri 0,9 faiz bahalaşıb, sərnişindaşıma xidmətlərinin qiymətləri isə 0,4 faiz ucuzlaşıb.
Dövlət Statistika Komitəsindən  bildirilib ki, ay ərzində rabitə xidmətlərinin qiymətləri əvvəlki ayla müqayisədə 0,1 faiz ucuzlaşıb, poçt və kuryer xidmətlərinin qiymətlərində isə dəyişiklik müşahidə olunmayıb.