Sərnişin təyyarənin təcili çıxış qapısını tualet qapısı sanınca...

Baxış sayı:
334

İngiltərədən Pakistana uçmağa hazırlaşan sərnişin təyyarəsində sərnişinlərdən biri tualet sandığı təcili çıxış qapısını açınca reys 8 saat gecikməli oldu.
 
Euronews.com-un xəbərinə görə, Pakistan Beynəlxalq Hava yollarının (PIA) PK702 reysli təyyarəsi 7 iyunda yerli saatla 21.20-də havalanmaq üçün Manchester Havalımanında gözləməyə qoyulub.
Bütün hazırlıqları tamamlayan pilotlar qrupu qüllədən havalanmaq üçün əmr gözləyərkən, arxa sıralarda oturan bir qadın sərnişin təhlükəsizlik kəmərini çıxararaq tualetə getmək istəyib. Təcili çıxış qapısını tualet qapısı sanaraq açınca da təyyarənin havaya qalxma hazırlıqları təxirə salınıb və 8 saat gecikmədən sonra yenidən havaya qalxıb.
Müxalifət.az