Sərnişin avtobusu aşdı - 11 ölü, 40 yaralı - YENİLƏNİB

Rusiyanın Zabaykalye diyarında sərnişin avtobusunun aşması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
 
TASS agentliyinin verdiyi xəbərə görə, 3-ü uşaq olmaqla, 40-a yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb,
 Hadisə ötən axşam “Baykal” federal avtomobil magistralının  Petrovsk-Zabaykalsk rayonundan keçən hissəsində qeydə alınıb. İçərisində 50-dən çox sərnişinin olduğu avtobus qəflətən idarəetməni itirərək yolun kənarındakı xəndəyə aşıb. Qəzanın səbəbləri müəyyənləşdirilir.

 
***
 21:49
 Rusiyanın Zabaykalye diyarında ağır yol qəzası baş verib.
TASS agentliyinin verdiyi xəbərə görə, sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər ölüb, 25 nəfər xəsarət alıb.
 İlkin məlumata əsasən, qəza zamanı avtobusda 51 nəfər olub. Hadisənin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.