Sərnişin avtobusu 38 yaşlı qadını vurub - BAKIDA

Piyadanı 22 nömrəli sərnişin avtobusu vurub
 
Bakıda sərnişin avtobusu piyadanı vurub.
Hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Bakıxanov qəsəbəsində 38 yaşlı Qədimova Fəridə Fərhad qızı yol kənarı ilə gedərkən onu arxadan gələn 22 nömrəli marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub.
Yaralı xəstəxanaya yerləşdirilib. Qabırğa sümüklərinin çoxsaylı sınığı diaqnozu ilə xəstəxanaya qəbul olunan F.Qədimovanın vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır./report