​Sərnişin avtobus sürücüsünə tapança çıxardı – BAKIDA ŞOK - VİDEO

Bakıda avtobusda görünməmiş hadisə baş verib.
Muxalifet.az Publika.az-a istinadən bildirir ki, sərnişinlərdən biri dayanacaqdan kənarda avtobusa minmək istəyib, lakin sürücü nəqliyyat vasitəsini saxlamayıb.
Bundan narazı qalan sərnişin avtobusa minəndən sonra sürücüyə kəskin şəkildə öz etirazını bildirməyə başlayıb.
Digər sərnişin və sürücünün iradlarından sonra isə o özündən çıxıb və tapança çıxarıb.
İnsident zamanı sürücünün soyuqqanlığını qeyd etmək lazımdır. Qeyd edək ki, video haqqın.az saytının redaksiyasına göndərilib.