​Sərkisyanın yeni köməkçisi Xocavəndli oldu - QƏFİL DƏYİŞİKLİK

Ermənistan prezidenti Serj Sərkisyan köməkçisi Sevak Lalayanı vəzifəsindən azad edib.
Erməni KİV-ləri xəbər verir ki, onun yerinə qəfil təyinatla Aleksan Arutyunyan gətirilib. Bu vaxta qədər Aleksanyan Ermənistanın Argentinadakı səfiri idi. O, Qarabağdandır, Xocavənd rayonunda anadan olub. 90-cı illərin sonlarında Ermənistan prezidenti aparatına rəhbərlik edib, daha sonra prezidentin müşaviri olub. 2003-2013-cü illərdə ictimai telekanalın Yayım Şurasına rəhbərlik edib və ardınca səfir göndərilib.
Bu təyinat Sərkisyanın yaxınlaşan parlament seçkiləri ərəfəsində Qarabağ klanını gücləndirdiyini deməyə əsas verir. Yeni baş nazir Karen Karapetyan da əslən Qarabağdandır. Mənbələr Sərkisyanın administrasiyasında başqa kard dəyişikliklərinin də olduğunu xəbər verir.