​Sərkisyanın partiyasından İrəvanı yerindən oynadacaq - Bəyanat

Baxış sayı:
6643

Parlament reqlamenti haqqında Qanuna dəyişiklik yalnız bir məsələni hədəfləyir – hansısa süni baryer və fövqəladə hal ortaya çıxanda, parlamentin qanuni fəaliyyətini təmin etmək.
Muxalifet.az xəbər verir ki, bu sözlər Respublikaçılar Partiyasının yaydığı bəyanatda əks olunub.
Sənəddə bildirilib ki, qanuna dəyişiklik Konstitusiya ilə ciddi surətdə bağlıdır:
“Dəyişikliyin Konstitusiyaya zidd olduğu barədə bütün spekulyasiyalar manipulyasiyadır, çünki layihə Konstitusiyanın heç bir maddəsini dəyişmir, zidd deyil və müddətlə bağlı pozuntu yoxdur”.
Bəyanatda vurğulanır ki, sözügedən qanun tam demokratik olsa da, baş nazirin çağırışı ilə, yalnız danışıqları qoruyub saxlamaq üçün səsvermə təxirə salınmışdı.
“RP hesab edir ki, qanun layihəsinin səsverməsi təxirə salındıqdan sonra baş nazir gözlənilmədən növbədənkənar seçkilərin dekabrda keçiriləcəyini elan etməklə, danışıqlarla bağlı razılaşmanı pozdu. Bu, respublikaçıları məcbur etdi ki, növbədənkənar iclas çağıraraq, dəyişikliklərin qəbulunu səsə qoysun”.
Bəyanatda qeyd edilir ki, növbədənkənar seçkilərin dekabrda keçirilməsi haqda baş nazirin çıxışı qanun layihəsi ilə bağlı deyil, bu, Paşinyanın əvvəlcədən hazırladığı qərardır: “Həmçinin, Paşinyan parlamentə fraksiyalarla müzakirə aparmağa gəldiyini demişdi, ancaq əslində o, ultimatum verməyə gəlmişdi.
Respublikaçılar Partiyası bildirir ki, baş nazirə heç bir razılıq və vəd verilməyib. RP yenə elə hesab edir ki, növbədənkənar seçkilərin 2019-cu ilin may-iyun aylarında keçirilməsi haqda baş nazirin vaxtaşırı olaraq bildirdiyi mövqe qorunmalıdır”.
Qeyd edək ki, ötən gün Parlament reqlamenti haqqında Qanuna dəyişiklik müzakirəyə çıxarılandan və parlamentin buraxılması çətinləşdiriləndən sonra N.Paşinyanın çağırışı ilə mitinq başladı. Paşinyan bu qanun dəyişikliyini “əksinqilabi fəaliyyət” adlandırdı. Aksiyaçılar parlamenti mühasirəyə aldı və dəyişikliyin ləğv edilməsini tələb etdi.
Parlament fraksiyaları ilə görüşəndən sonra isə N.Paşinyan özünün istefa verəcəyini, parlamentin isə yeni baş nazir seçməməklə dekabrda növbədənkənar seçkilərə razılaşdığı haqda aksiyaçılara məlumat verdi.
Bu gün isə RP-nin deputatı Qalust Saakyan Paşinyanla parlament fraksiyaları arasında baş nazirin istefasından sonra hansısa namizədin irəli sürülməyəcəyi ilə bağlı razılaşmanın olmadığını bildirməklə, təkzib yaymışdı.