​Sərkisyanın partiyası mövqeyini açıqladı - 4 prinsip

Baxış sayı:
6214

Respublika Partiyası fraksiyası deputatlardan 3/1-nin irəli sürdüyü namizədi dəstəkləyəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri fraksiyanın rəhbəri Vaqram Baqdasaryan deyib. O bildirib ki, biz Ermənistanın 8 mayda baş naziri seçilsin deyə bu addımı atacağıq.
Baqdasaryan deyib ki, Paşinyan 1 mayda parlamentdə bir sıra suallara cavab verdi. Ancaq ən vacibi cavabsız qaldı: “Təməl daşı olan bu suallar ölkəmiz üçündür”.
Baqdasaryan öz mövqeyini belə sıralayıb:
1. 8 mayda Ermənistanda Konstitusiyaya uyğun baş nazir seçilməlidir.
2. Respublika Partiyası namizəd irəli sürməyəcək.
3. RP deputatlardan 3/1-nin irəli sürdüyü namizədi dəstəkləyəcək.
4. Arzulanmaz situasiyanın dərhal dayandırılmasına çağırırıq: bütün küçələr və yollar açılsın, aeroportun blokadası aradan qaldırılsın.