Sərkisyanın partiyası: Biz hakimiyyətdən gedənə qədər...

Baxış sayı:
530

Respublika Partiyası hakimiyyətdə olduğu müddət ərzində İrəvanın Avrasiya İttifaqından çıxması məsələsi gündəmə gəlməyəcək.
Muxalifət.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin Xarici Əlaqələr Komissiyasının iclasında çıxışı zamanı komissiyanın sədri Armen Aşotyan söyləyib. Aşotyanın bu sözləri müxalif Yelk Blokunun etirazına səbəb olub. Blokun nümayəndəsi Edmon Marukyan hakim partiyanın yanlış addım atdığını bildirib:
“Avrasiya İttifaqından çıxmaqla bağlı layihənin müzakirəsi zamanı biz anladıq ki, Ermənistanda hər kəs avropayönlü siyasətin tərəfdarıdır, amma başadüşülməyən səbəblər ucbatından ölkə Avrasiya İttifaqına inteqrasiya edib. Hakimiyyətə gələcəyimiz təqdirdə biz ölkənin Avrasiya İttifaqından çıxması ilə bağlı danışıqlara start verəcəyik”.
Qeyd edək ki, Respublika Partiyasının sədri Ermənistan Prezidenti Serj Sərkisyandır.