​Sərkisyandan ETİRAF: “Lukaşenko haqlıdır, Rusiya Azərbaycana…”

Baxış sayı:
9235

“Bizim üçün xoşagəlməzdir, amma yaşlı adam haqlıdır”.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana silah satışı ilə bağlı fikirlərini şərh edərkən Ermənistanın Respublikaçı Partiyası Siyasi şurasının rəhbəri Aram Sərkisyan deyib.
Onun sözlərinə görə, Ermənistanın strateji tərəfdaşı və müttəfiqi olsa da Rusiya Azərbaycana silah satışında birinci yerdə dayanır:
“Amma bizim Rusiyaya nə qədər ehtiyacımız var? Moskvanın da bizə iki dəfə çox ehtiyacı var”.
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Azərbaycana silah satan 5 dövlətdən biri olduğunu bildirib.
O, jurnalistlərə açıqlamasında Minskin Azərbaycanın 5-ci silah tədarükçüsü olduğunu xatırladaraq deyib: “Azərbaycana iri həcmdə silah satan ölkələr var. Məsələn, İsrail, Rusiya, Türkiyə... Mən Paşinyana niyə Azərbaycana silah satdığımızı başa saldım. Niyə o, Azərbaycana silah satan Rusiyanı ittiham etmir, Putindən əvvəl bu məsələni gündəmə gətirmir? Yoxsa qorxur?”./Teleqraf