Sərkisyan vəzifəsində qalır: Partiyadan AÇIQLAMA

Baxış sayı:
760

Ermənistanın eks-prezidenti Serj Sərkisyan Respublika Partiyasının lideri olaraq qalmaqda davam edəcək.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Ara Babloyan deyib. Onun sözlərinə görə, hələlik partiya sədrinin dəyişdirilməsi məsələsi müzakirə edilmir. O, partiyanın yeni hökumətlə seçki sistemində reformların keçirilməsi məsələsini müzakirə etməyə hazır olduğunu bildirib.
Babloyan həmçinin partiyanın əvvəlki kimi parlamentin buraxılmasını dəstəkləmədiyini deyib.