Sərkisyan parlament seçkilərində şok yaşadı - Aparat onu tanımadı

Baxış sayı:
2330

Ermənistanın sabiq prezidenti Serj Sərkisyan növbədənkənar parlament seçkilərində səs verib.

Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, o, seçki prosesi zamanı texniki problemlə üzləşib.

Belə ki, identifikasiya cihazı keçmiş prezidentin barmaq izlərini tanımayıb.

Sərkisyan məntəqədən həyat yoldaşı Rita Sarkisyan ilə birgə çıxıb. O, jurnalistlərin suallarını cavabsız qoyaraq məntəqəni tərk edib.