​Sərkisyan meydan oxudu: “METSAMOR BAĞLANMAYACAQ”

Ermənistan və Avropa Birliyi arasında razılaşmaya görə, Metsamor Atom Elektrik Stansiyasının bağlanması haqqında diskusiyalar süni sürətdə yaradılır və reallıqla heç bir əlaqəsi yoxdur.
Muxalifət.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə müsahibəsində Ermənistan Prezidenti Serj Sərkisyan söyləyib.
 “Bu diskusiyalar süni şəkildə yaradılır və reallıqla heç bir aidiyyəti yoxdur. AB ilə razılaşma layihəsində hətta AES-in bağlanması ilə bağlı xatırlatma da yoxdur”, – deyə o bildirib.
Qeyd edək ki, Metsamor AES sovet dövründə tikilib və istismar müddətini çoxdan başa vurub. AB regiona böyük təhdid yaradan Metsamor AES-in bağlanması yönündə Ermənistanla əməkdaşlıq etməyə dəfələrlə cəhd göstərib və hətta bunun üçün qrantlar da ayırıb./axar.az/