“Əsrin Müqaviləsi” lağa qoyuldu: ABŞ mediası Kuşnerin planını yerdən yerə vurdu!

Baxış sayı:
8710

ABŞ-ın nüfuzlu qəzetlərindən “New York Times” İsrail-Fələstin sülh axtarışları çərçivəsində Amerikanın liderliyi ilə Bəhreyndə təşkil edilən iqtisadiyyat forumu ilə bağlı 'həqiqətdən uzaq böyük yuxu planları'' deyə bəhs edib.
 
Qəzet ABŞ prezidenti Donald Trampın kürəkəni ''Jared Kuşnerin Orta Şərqi İnkişaf etdirmə Proyekti'' başlıqlı bir məqalə dərc edib.
Trampın baş müşaviri və kürəkəni Jared Kuşnerin əsas təşəbbüskarı olduğu Bəhreyndəki iqtisadi forumda, yalnız ''reallıqdan kənar böyük yuxu planları duyulduğunu'' yazan qəzet, ''Fələstin iqtisadiyyatında önümüzdəki on ildə 50 milyard dollarlıq bir sərmayə artımının olacağını fantastik bir New York əmlak təqdimatı kimi'' təqdim edərək lağa qoyub.
Məqalədə, Kuşnerin iştirakçıları "Orta Şərqdə yeni gerçəyi xəyal et" deyə dəvət etdiyi xatırladılaraq, "Ancaq “patronluq” tonu xaricində, plan haqqında çox az yeni şeylər var" deyə qeyd edilib.
 
''PLAN GERÇƏK DEYİL''
 
Kuşnerin Qərbi Şeriya ilə Qazzəni bir-birinə bağlamağı planlayan 5 milyardlıq nəqliyyat koridoru planı da daxil, Fələstində yeni yük terminalı, elektrik infrastrukturunun yenilənməsi, yeni su təmizləmə və tullantı sistemləri yaradılması kimi ifadələrinin qulağa xoş gəldiyi ifadə edilən məqalədə, ancaq "planın yumşaq və gerçək olmadığı" vurğulanıb.
Məqalədə, bu qiymətləndirmələrə yer verilib:
"İsrail Fələstin torpaqlarının iqtisadi həyatına nəzarət edir, bu da təkliflərin heç birinin (İsrail ilə) eyni fikirdə olmadan mümkün ola bilməyəcəyi mənasını verir. Belə ki, bu plan İsrail və baş naziri Binyamin Netanyahudan heç bir tələb etmir. Avropa ölkələri və xüsusi sərmayəçilərlə birlikdə, Körfəz ölkələrindən planın maliyyələşdirilməsinə yardımçı olması gözlənilir, ancaq gerçək bir öhdəlik ortaya qoyulmur və ərəblərin Fələstin dövlətini oyundan kənar saxlayan bir sülh planını maliyyələşdirəcəyi fikri də çox inandırıcı görünmür".
 
''PLAN UĞURSUZ OLACAQ'
 
Məqalədə, Bəhreyndəki iqtisadi forumda İsrail və Fələstin hökumətlərindən heç bir nümayəndənin olmadığına və digər ölkə iştirakçılarının da aşağı səviyyədən olduğuna diqqət çəkilib.
Fələstinli liderlərin siyasi həll olmadan Kuşnerin iqtisadi planını əvvəlcədən rədd etdikləri xatırladılan məqalədə, "Kuşner Fələstinlilərin dövlət olma həsrətlərini və İsrailin Fələstin torpaqlarında işğala son vermə tələblərini görməməzlikdən gələn bir plan təqdim edərək uğuru daha da az ola biləcək vəziyyətə gətirir" deyilib.
 
BƏYREYN İQTİSADİ FORUMU
 
ABŞ liderliyi ilə və Bəyreynin ev sahibliyində 25-26 iyunda təşkil edilən "Rifah üçün Sülh" başlıqlı iqtisadiyyat forumunun ABŞ-ın İsrail-Fələstin məsələsinin həlli mövzusunda "Əsrin Razılaşması" planı çərçivəsindəki ilk tədbir olduğu ifadə edilir.
Foruma qatılmayacağını açıqlayan Fələstin rəhbərliyi bölgə ölkələrini də söz mövzusu olan forumu boykot etməyə çağırmışdı.
Fələstinin boykot çağırışına baxmayaraq foruma ev sahibi Bəhreynlə yanaşı, Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Birləşmiş Ərəb Əmrlikləri
(BƏƏ), Qatar və Mərakeş qatılmışdı. İsrailli səlahiyyətlilər foruma dəvət edilməzkən, bu ölkədən iş insanları və bəzi jurnalistlər isə yığıncağa iştirak etmişdi.
Müxalifət.az