Əsrin döyüşü: Nurməhəmmədov Makqreqoru boğdu - VİDEO

Baxış sayı:
3034

Oktyabrın 7-də səhər saatlarında qarışıq döyüş növlərinin (MMA) UFC229 kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən rusiyalı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında döyüş keçirilib.

Muxalifet.az virtualaz.org-a istinadən bildirir ki, əsrin qarşılaşması adlandırılan görüş Las Vegas şəhərində "T-Mobile Arena"da baş tutub.

Peşəkar arenada indiyədək məğlub olmayan rusiyalı döyüşçü bu görüşdə dünya çempionu kəmərini müdafiə edib.

UFC versiyası üzrə dünyanın ən populyar və güclü idmançılarından hesab edilən irlandiyalı Konor Makqreqor isə 24 döyüşün 21-də qalib gəlib. O, ilk dəfə 2015-ci ildə UFC çempionu adını qazanıb.

Gərgin şəraitində keçən qarşılaşma 30 yaşlı qaydasız döyüşçü rusiyalı Həbib Nurməhəmmədovun qələbəsi ilə başa çatıb. Həbib beşinci raundda hakimlərin yekdil qərarı ilə Konor Makqreqor üzərində qələbə qazanıb.

Bu, Nurməhəmmədovun karyerası ərzində qazandığı iyirmi yeddi döyüşdə 27-ci qələbəsidir. Həbib 2017-ci ildə amerikalı döyüşçü El Yakvintanı məğlub edərək yüngül çəkidə çempion adı qazanmışdı.

Nurməhəmmədovun bu döyüşdən əldə etdiyi qonorarı 2 milyon dollar təşkil edib.

Qonorarların məbləğinə ödənişli teleyayımdan gələn faiz daxil deyil.

Rusiyalı idmançının agenti Əli Abdel-Əziz avqustda bəyan etmişdi ki, Nurməhəmmədov Makqrerorla döyüşə görə 10 milyon dollardan çox pul alacaq.

Döyüşün sonunda Nurməhəmmədovla Makqreqorun məşqçiləri arasında dava düşdüyündən, oktaqondan kənarda ara qarışıb. Hətta Makqreqoru da oktaqona daxil olub vuran olub.

Nəticədə hər iki idmançı zaldan çıxarılıb və kəmər Nurməhəmmədova təqdim edilməyib. Bununla belə, məhz Həbib Nurməhəmmədov qalib elan olunub.