Sərhəddə BÖYÜK SIXLIQ: Azərbaycanlı zəvvarlar 1 sutkadır, gözləyirlər - VİDEO

Baxış sayı:
5815

Azərbaycan-İran sərhədində sıxlıq yaranıb. Muxalifet.az Baku.ws-ya istinadən xəbər verir ki, Kərbəlaya ziyarətə gedən zəvvarların da olduğu avtobuslar Astara gömrük postunda dayanıb. 20-dən çox avtobus 1 sutka gündən artıqdır ki, sərhəddən İran ərazisinə buraxılmır. Məsələ ilə əlaqədar Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Natiq Axundov açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhədində yerləşən Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda nisbi sıxlıq yaranıb. Sıxlığın yaranmasına səbəb Azərbaycandan Ərbəin (Kərbəla) ziyarətinə gedən zəvvarların sayında əvvəlki illərlə müqayisədə xeyli artımın qeydə alınmasıdır: "Hazırda Dövlət Gömrük Komitəsinin müvafiq qurumları, Astara gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və qısa zaman ərzində yaranan problem aradan qaldırılacaq”, - deyə Natiq Axundov bildirib.