​Sərdar Cəlaloğlunun seçki qərargahından videoreportaj: “İlham Əliyevdən başqa özümə rəqib görmürəm” - FOTOLAR+VİDEO

Baxış sayı:
4795

Aprelin 11-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı imzatoplama kampaniyası davam edir. Artıq prezidentliyə namizədliyini verən şəxslər imza vərəqlərini Mərkəzi Seçki Kommissiyasına təqdim ediblər. Bəzi iddiaçılar isə bu kampaniyanı yekunlaşdırmaq üzrədilər.
Musavat.com-un olaraq imzatoplama kampaniyasını yekunlaşdırmayan ADP sədri Sərdar Cəlaloğlunun seçki qərargahında olub, imzatoplama kampaniyasını izləyib.
Müşahidə etdik ki, qərargahda imzatoplama işləri qızğın şəkildə davam etdirilir.
Ölkənin müxtəlif rayon və qəsəbələrindən imza vərəqələri gətirilir.
Seçki qərargahının sədri Taliyət Əliyevin rəhbərliyi ilə gətirilən imza vərəqələri sayılır.
Musavat.com-a danışan Taliyət Əliyev bu saata qədər 30550 imza topladıqlarını bildirdi.
Prezidentliyə namizəd Sərdar Cəlaloğlu ilə də həmsöhbət olduq. ADP sədri seçki kampaniyasının gedişatını yüksək qiymətləndirdi və qələbəyə iddialı olduğunu bildirdi.
Musavat.com-un seçki qərargahından hazırladığı videoreportajı izləyə bilərsiniz: