Sərdar Cəlaloğlu yeni elmi nəzəriyyəsini təqdim etdi - ULDUZLAR NİYƏ SÖNÜR?

Sərdar Cəlaloğlu Kondisiologiya elmi əsasında hazırladığı yeni nəzəriyyəsini müəlliflik hüququnun qeydiyyatı ilə əlaqədar Müəllif Hüquqları Agentliyinə təqdim edib.

Qeyd edək ki, bu nəzəriyyə kosmik hadisələrin – vulkanların, zəlzələlərin, Günəş partlayışlarının, meteor yağışlarının, asteroid və kometlərin əmələ gəlməsi və ulduzların sönməsinin səbəbini izah edir.

Nəzəriyyənin praktiki əhəmiyyəti ondan ibarətdir ki, bu nəzəriyyə kosmik hadisələrin baş vermə vaxtını astronomik dəqiqliklə əvvəlcədən proqnozlaşdırmağa imkan verir.