SƏRDAR CƏLALOĞLU SABİR RÜSTƏMXANLINI TƏBRİK ETDİ - VHP-nin qurultayı münasibətilə

Baxış sayı:
732

Vətəndaş Həmrəyliyi Partiyasının Qurultay iştirakçılarına
 
Hörmətli, Sabir Rüstəmxanlı!
Dəyərli Qurultay iştirakçıları!

Sizi VHP-nin növbəti qurultayının işə başlaması münasibəti ilə ürəkdən təbrik edir, Qurultayın işinə uğurlar arzu edirəm.
Vətəndaş Həmrəyliyi Partiyası, bu partiyanın qurucusu, Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri, Millət Vəkili Sabir Rüstəmxanlının rəhbərliyi altında ölkəmizin ictimasi-siyasi həyatında, xalqımızın siyasi təşkilatlanmasında və ölkədə demokratiya və azadlıqlar uğrundakı mübarizədə özünəməxsus rol oynamışdır.
Partiyanızın sıralarında minlərlə fədakar insanı birləşdirərək dövlətimizin siyasi həyatında iştiraka ardıcıl cəhdlər etməklə dövlətçiliyin inkişafına və möhkəmlənməsinə ciddi töhvələr vermişsiniz. 
VHP fəaliyyət göstərdiyi ötən müddətdə ölkədə siyasi partiyalar və siyasi partiyalarla dövlət arasında münasibətlərin tənzimlənməsi, müxalifət siyasi partiyaların qarşılıqlı münasibətlərinin inkişafı istiqamətlərində mühüm rol oynamış, partiya lideri olaraq Sabir bəy bir çox hallarda siyasi əməkdaşlıq məsələlərində təşəbbüskar rolunda çıxış etmişdir.  Bu baxımdan partiyanızın ölkənin siyasi inkişafında oynadığı pozitiv rolu bundan sonra da uğurla davam etdirəcəyinə ümid edirik.
Hörmətli Qurultay iştirakçıları!
Bir daha öz adımdan və rəhbəri olduğum ADP-nin üzv və tərəfdarları adından sizi bu mühüm siyasi hadisə münasibəti ilə təbrik edir, Qurultayın işinə böyük uğurlar arzu edirəm.
 
Hörmətlə,
Sərdar Cəlaloğlu
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri
Bakı, 13 fevral 2020-ci il