Sərdar Cəlaloğlu Putini İslam Birliyinə qoşulmağa çağırdı

Baxış sayı:
3523

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Türkiyədə keçirilən Qüdslə bağlı İslam Əməkdaşlıq Təşkilatının toplantısının nəticələrini yüksək qiymətləndirdiyini bildirib. 

O, qeyd edib ki, şərqi Qüdsün Fələstinin paytaxtı elan edilməsi ilə bağlı islam dövlətləri sammitinin qərarını alqışlayır və göstərilən bu cür qətiyyətli mövqeyin digər müsəlman ölkələri ilə bağlı problemlərin, o cümlədən işğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsi məsələsində də göstərilməsi olduqca vacibdir.
Daha sonra S.Cəlaloğlu mövzu ilə əlaqədar iki təkliflə çıxış edərək aşağıdakıları bildirib: 

“Qüdslə bağlı son  hadisə  faktiki olaraq 3-cü Dünya müharibəsinin başlanmasına səbəb olmaqdadır. Dünya dövlətləri arasında müharibədən qaçmaq və yeni, sabit dünya düzəninin qurulması üçün iki təklifim var: 1) İslam Əməkdaşlıq Təşkilatı İslam Dövlətləri Birliyinə çevrilərək daha sıx inteqrasiya etmiş qurum yaradılsın. 
2) Müsəlman vətəndaşlarının sayı 20 milyondan artıq olduğuna görə Çin, Hindistan və Rusiya bu birliyə məşvərətçi səs hüquqlu üzv kimi dəvət edilsin”.