"Şərab festivalı"ndan ŞOK GÖRÜNTÜLƏR - Meydana ağ girib qırmızı çıxdılar / VİDEO
30-06-2019 10:44
Baxış sayı:
4422
İspaniyada ənənəvi "Şərab savaşı" adlı şərab festivalı keçirilib.
“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, şərti dava zamanı iştirakçılar bir-birinin üstünə şərab töküb. Festivalda, ümumilikdə, 70 min litr şərab istifadə olunub.
Festivala ağ geyimdə gələn iştirakçılar tamamilə qırmızı rəngə boyanıblar.
Qeyd edək ki, festivala gələn turistlərin sayı ilbəil artır. Bayram daha çox gənclərin marağına səbəb olur.