​““Sputnik Azərbaycan”da baş verənlər araşdırılmalıdır” – ƏFLATUN AMAŞOV

Baxış sayı:
7090

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov “Sputnik Azərbaycan” saytında baş verən son hadisələrə münasibət bildirib.
Belə ki, Ə.Amaşov Milli Məclisin bu gün keçirilən plenar iclasında Ombudsman Elmira Süleymanovanın təqdim etdiyi hesabatında mediaya bağlı məqamların yer aldığını vurğulayıb.
Onun sözlərinə görə, Ombudsmanın illik hesabatında jurnalistlərin fəaliyyətinə dair araşdırma aparılması təqdirəlayiq hadır:
“Ombudsmanın hesabatında ilk dəfədir ki, konkret spesifik sahələr, o cümlədən media ilə bağlı məqamlara da toxunulub.
Jurnalistlərin ötən il öz peşə fəaliyyətlərini yerinə yetirərkən yol verdikləri nöqsanlar da yer alıb. Hesabatda əsasən, internet resurslarında jurnalistikanın prinsiplərinə zidd olan fəaliyyətə yol verildiyi qeyd edilib. Burada bəzi deputat həmkarlarım “Sputnik Azərbaycan”da baş verən hadisələrə toxundular. Hesab edirəm ki, Ombudsman aparatının “Sputnik Azərbaycan”da baş verənləri araşdırmasına ehtiyac var”./yenicag.az