​Spivak: Azərbaycan seçkilər prosesinin təşkilində böyük inkişaf nümayiş etdirdi

Baxış sayı:
3028

Azərbaycan seçkilər prosesinin təşkilində böyük inkişaf nümayiş etdirdi.
Muxalifet.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycanda prezident seçkilərini müşahidə edən İsrail nümayəndə heyətinin rəhbəri, “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak deyib.
L.Spivak həmçinin bütün seçki məntəqələrində seçici fəallığının müşahidə edildiyini xüsusi vurğulayıb.
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Saat 19:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 74.51 faizi, yəni 3 959 553 seçici səs verib.