​Spirtli içkidən zəhərləndilər – BİR NƏFƏR ÖLDÜ...

Şəmkirdə spirtli içkidən zəhərlənmə faktı qeydə alınıb.
Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayon sakini, 55 yaşlı Oqtay Əmiraslanov yaşadığı evdə qohumu, 52 yaşlı Elyar Əmiraslanovla birgə yemək yeyib, spirtli içki qəbul ediblər. Nəticədə E. Əmiraslanov spirtli içkidən zəhərlənərək ölüb. O. Əmiraslanov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.