SPİKERİN YENİ MÜAVİNLƏRİ SEÇİLDİ - Əli Hüseynli birinci müavin, Adil Əliyev və Fəzail İbrahimli isə...

Baxış sayı:
2032

Milli Məclisin yeni tərkibdə bu gün keçirilən ilk iclasında I vitse-spiker və vitse-spikerlərin seçilməsi məsələsi müzakirə edilib.
APA-nın məlumatına görə, səsvermə nəticəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Əli Hüseynli I vitse-spiker, Adil Əliyev (bitərəflərin namizədi) və Fəzail İbrahimli (parlamentdə azlıq təşkil edən partiyaların namizədi) isə vitse-spiker seçilib.
Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.