​Spikerin həbsi ölkəni qarışdırdı: Nazir müxalifəti dəstəklədi

Baxış sayı:
13855

Milli Assambleyanın rəhbəri Xuan Quaidonun xüsusi xidmət orqanları tərəfindən saxlanılması özbaşınalıqdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Venesuelanın Rabitə və İnformasiya naziri Xorxe Rodrigez spikerin saxlanılması haqda danışarkən deyib.
“Bir qrup əməkdaş özbaşınalığa yol verərək, deputat Xuan Quaidoya qarşı münasibətdə qanunsuz hərəkətlərə yol verdi”, - deyə nazir bildirib.
Rodrigez eyni zamanda əlavə edib ki, bu media şousuna rəvac verən SEBİN (kəşfiyyat xidməti) əməkdaşları vəzifələrindən kənarlaşdırılacaq və onalara qarşı ciddi intizam tədbirləri görüləcək.
Qeyd edək ki, SEBİN müxalif parlamentin rəhbərini paytaxt Karakas yaxınlığında saxlamış, daha sonra azadlığa buraxmışdı.
N.Maduro cümə axşamı andiçmə mərasimi keçirib. O, 2025-ci ilə qədər prezident səhaliyyətlərini icra edəcək.
ABŞ Maduronun legitimliyini tanımayıb. Ölkədən qovulan və Vaşinqtonda yerləşən Venesuela Ali Məhkəmə Quaidoya prezidentin səlahiyyətlərini ələ alması üçün çağırış edib. Quaido özü də bu addımı atmağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, Konstitusiya ona yeni seçkilər təyin etmə səlahiyyəti verir.
Nazirin sözlərini şərh edən spiker bildirib ki, əgər bu həqiqətdirsə, demək, Maduro ölkənin silahlı qüvvələrinə nəzarət edə bilmir.