​Spiker parlament zalını tərk etdi – Paşinyana etiraz

Baxış sayı:
7806

Ermənistan parlamentində baş nazir seçkisi qalmaqalla müşayət olunur.
 
Muxalifət.az yerli mətbuata istinadən bildirir ki, parlamentin spikeri Ara Babloyan iclası tərk edib. Buna səbəb müxalifət lideri, baş nazirliyə namizəd Nikol Paşinyana etiraz olub.
Paşinyan çıxışında "Uşaqlar da ölkə vətəndaşlarıdır və qərar qəbuletmədə onların da iştirakı var",- deyib.
Babloyan buna etiraz olaraq "Mən sizin də əvvəllər etdiyiniz kimi zalı tərk etmək hüququmdan istifadə edirəm. Səbəb də sizin uşaq hüquqları ilə bağlı dediklərinizdir. Sonra uşaq hüquqları ilə məşğul olan təşkilatlar sizə səhvinizi başa salarlar ki, baş nazir seçilsəniz, bu səhvi tkrar etməyəsiniz",-deyərək iclası 10 dəqiqəlik tərk edib.