Spiker deputatın 2 aylıq uşağına süd verdi

Baxış sayı:
6106

Yeni Zelandiya parlamentinin sədri Trevor Mallard deputat Tamati Coffinin iclasa gətirdiyi 2 aylıq oğluna butulkada süd verib.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, üç övladı olan Mallardın bu jesti sosial mediada rəğbətlə qarşılanıb.
Tutanekai adlı körpə günorta südünü parlamentin spikerinin qucağında içib.
Trevor Mallard körpə ilə fotosunu Tvitter mikrobloqunda paylaşaraq kürsüdə VİP qonaq oturduğunu qeyd edib. O, yeni ata olan deputatı da təbrik edib.