Sözümüz bütün ölkənin sözü olmalıdır, əks halda... - Zərif

Baxış sayı:
8890

Xarici İşlər Nazirliyinin sözü bütün ölkənin sözüdür və bu nazirliyin ölkənin xarici siyasətinin yeganə səbəbkarı olduğu bilinməlidir. Hökumətin daxilindəki, ya da başqa hər hansı qurumun ayrıca xarici siyasəti ola bilməz.
Muxalifet.az xəbər verir ki, bunu İran Xarici İşlər naziri Cavad Zərif bildirib.
Zərif deyib ki, ölkənin digər qurumları XİN-nin xarici siyasətində iştirak etməməlidir. Əgər müdaxilə varsa, XİN-ə ehtiyac yoxdur.
Qeyd edək ki, bir müddət öncə Zərif vəzifəsindən istefa verib, ancaq İran Prezidenti Həsən Ruhani nazirin istefasını qəbul etməyib.