Sözləriylə təəccüb etdirdi: “Əgər biri Putinə silah yönəldərsə…”

Baxış sayı:
2830

Formula-1-in keçmiş rəhbəri məşhur biznes adamı Bernie Ecclestone “The Times” qəzetinə açıqlama verib. Formula-1-in gələcəyi və şəxsi həyatı ilə bağlı sualları cavablandıran Ecclestone, mövzu siyasətə gəlincə, Rusiyanın dövlət başçısı Vladimir Putinə olan heyranlığını isə gizlətməyib.
 
"PUTİNƏ SİLAH ÇƏKSƏLƏR ÖNLƏRİNƏ ATILARAM"
 
Ecclestone siyasət və Putinn haqqında bunları söyləyib: "Biri Putinə silah çəksə, önünə atlayaram. Çünki o yaxşı bir adamdır, insanlar üçün yaxşı olmayan bir şey əsla etmədi. Krımı ilhaq edirsə də, bunu Rusiyanı təkrar bir araya gətirmək üçün etdi".
 
İNGİLTƏRƏ İLƏ RUSİYA ARASINDAKI SKRİPAL BÖHRANINA TOXUNDU
 
Ecclestone keçmiş Rusiya casusu Skripalın İngiltərədə Putin rəhbərliyi tərəfindən zəhərləndiyi iddiasına isə, "Putin belə bir şey etmədi. Bu tərz şeylərlə maraqlanmaq üçün çox məşğul biridir o. Dedi-qoduçular belə ifadələri yayırlar" sözləriylə cavab verib.
 
"PUTİNİN AVROPANI İDARƏ ETMƏSİNİ İSTƏYƏRƏM"
 
Ecclestone demokratiya və Avropanın rəhbərliyi haqqında da təəccüblü açıqlamalar verib: "Putinin Avropanı idarə etməsini istəyərdim. Onsuz da ondan başqa bunu edə biləcək kimsə yoxdur, indikindən daha pis bir vəziyyət olması da mümkün deyil. Mən demokratiya tərəfdarı bir insan deyiləm. Rəhbərliklərdə diktatora ehtiyac vardır. Diktator olaraq 'Mən bunu edəcəyəm' deyə bilərsiniz. Demokratiyada isə mövzu sulandırılar".
 
"HANSI İNGİLİS SİYASƏTÇİNİ TƏQDİR EDİRSİNİZ" SUALI
 
Ecclestone-nin Putini tərifləyən sözlərindən sonra reportajı edən jurnalist "Yaxşı, İngiltərədə təqdir etdiyiniz bir siyasətçi varmı" sualını yönəldib. "Margaret Tetçeri təqdir edərəm. Toni Bleer də məncə doğru yolda idi, lakin iş həll etməkdənsə, bəziləriylə dost olmağa çalışarkən itdi" cavabını verən Ecclestone, ona Toni Bleer-ə etdiyi hədiyyələr xatırladılınca, "Bəl,i hədiyyə etdim, lakin sonradan etdiyim hədiyyələri geri aldım. Buna görə bunda bir problem görmürəm" deyə Eccelstone cavab verib.
Müxalifət.az