“Sözlərinin üstündə dura bilmədilər” - ZƏRİF AVROPANI QINADI

Baxış sayı:
6106

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa ölkələrinin ABŞ-ın nüvə müqaviləsindən imtina eləməsindən sonrakı davranışını qınayıb, müqavilədə qalması üçün İrana verdiyi sözlərin heç birinə əməl eləmədiklərini söyləyib.

Zərif Nazirlər Kabinetinin iclasından sonrakı çıxışında ölkəsinin nüvə müqaviləsindəki öhdəliklərini dayandırması və müqaviləni imzalamış Avropa ölkələrinin ABŞ sanksiyalarından yan keçmək üçün yaratdıqları ödəniş mexanizmi (INSTEX) barəsində fikirlərini paylaşıb.

ABŞ-n nüvə müqaviləsindən imtina eləməsindən sonra Avropa ölkələri ilə bir çox birgə iclasların keçirildiyini bildirən Zərif deyib: “Bu görüşlərdə neft satışı, neft gəlirlərinin ölkəyə qaytarılması, İrana qarşı sanksiyalar, nəqliyyat, aviasiya və dənizçilik sahələrini də əhatə edən 11 öhdəliyi rəsmən öz üzərlərinə götürdülər. Lakin INSTEX bu öhdəliklərin heç birini həyata keçirmir”.