​Söyüş üstündə adam öldürən şəxs: “Bankanı başına qoyub getdim” - VİDEO

Baxış sayı:
187

Sumqayıt şəhəri 21-ci məhəllə ərazisində yaşayan şəhər sakini Daşqın Hüseynov koma vəziyyətində xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.
ARB TV xəbər verir ki, hadisə ilə bağlı Sumqayıt şəhər Polis idarəsinə məlumat daxil olan kimi D.Hüseynovun ölümünün səbəbləri araşdırılıb.
Araşdırma zamanı müəyyən edilib ki, mərhum yaşadığı evin yaxınlığında naməlum şəxslə mübahisə edib və döyülüb.
Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rafiq Nərimanov saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində hadisə günü dünyasını dəyişən şəxslə arasında münaqişə baş verdiyini və onun baş nahiyəsinə küt alətlə xəsarət yetirdiyini bildirib.
Rafiq Nərimanov – saxlanılan şəxs: "Başladı söyüş söyməyə. Söyə-söyə getdi oturdu ağacın altında. Mən də söyüşünə hirsləndim. Yaxınlaşdım və başladım onu arxa tərəfdən vurmağa. Boyun hissəsindən bir neçə dəfə vurdum. Yanına da təpik. Sonra isə yerdə dəmir banka var idi. Götürüb bankanı da başına qoydum və getdim. Üzərindən bir neçə gün keçdikdən sonra isə öldüyünü eşitdim”.
Faktla əlaqədar şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.