Soyuqdəyməyə görə iynə vurdurdu: ŞOKA DÜŞDÜ

Baxış sayı:
3226

Tovuz rayonunda yerli sakin soyuqdəyməyə görə vurulan iynədən sonra şoka düşüb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, Qovlar şəhər sakini, 45 yaşlı Asif Babakişi oğlu özünə soyuqdəymə üçün iynə vurdurub. Bu zaman anidən vəziyyəti ağırlaşaraq şoka düşüb. Şəxs xəstəxanaya aparılıb. Vəziyyətinin ağır olduğu bildirilir.
Yaxınlarının bildirdiyinə görə, iynə ilə vurdurduğu dərmandan əvvəllər də istifadə edib.
Faktla bağlı araşdırma aparılır.