Şoyqu suriyalı generalı təltif etdi: silah bağışladı

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Suriya ordusunun briqada generalı Həsən Suheli təltif edib.
 
Bunu Xmeymim aviabazasına səfəri zamanı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov açıqlayıb.
Sergey Şoyqu suriyalı generala təşəkkür məktubu ünvanlayıb və ona soyuq silah bağışlayıb.
General Həsən Suhel Deyr-əz-Zor şəhəri yaxınlığına desant çıxarılması əməliyyatının uğurla başa çatmasına görə təltif edilib.