Şoyqu Putinin təlimatı ilə Suriyaya getdi - ƏSƏDLƏ GÖRÜŞƏCƏK

Baxış sayı:
3771

Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə Suriya Prezidenti Bəşər Əsəd arasında görüş baş tutub.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Suriyanın paytaxtı Dəməşqdə keçirilən görüşdə tərəflər İdlib təhlükəsizlik zonasındakı son vəziyyəti, ölkənin digər bölgələrində sabitliyin bərpası, terrorizmə qarşı birgə mübarizədə hərbi-texniki əməkdaşlığı müzakirə ediblər.

Qeyd edək ki, S.Şoyqu Rusiya Prezidenti Vladimir Putinin təlimatı ilə Suriyada səfərdədir.