Şoyqu Akarla yenidən Qarabağ məsələsini müzakirə etdi - SUTKA ƏRZİNDƏ İKİNCİ DƏFƏ

Baxış sayı:
1866

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Rusiyanın Müdafiə naziri Sergey Şoyqu arasında yenidən telefon danışığı olub.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "Twitter" hesabında məlumat paylaşılıb.

Qeyd olunub ki, Akar və Şoyqu telefon danışığı zamanı Qarabağda atəşkəsdən sonrakı prosesləri müzakirə ediblər.