​"Sovetski"də güclü yanğınla bağlı: FHN-dən AÇIQLAMA

Baxış sayı:
4786

Xəbər verdiyimiz kimi, dünən gecə "Sovetski"də güclü yanğın olub. Yanğın ikimərtəbəli yaşayış evində başlayıb. Nəticədə yanğın güclü olduğundan yaxınlıqda yerləşən digər evə də keçib. Yanğın nəticəsində evlər kül olub. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları hadisə yerinə göndərilib və yanğın lokallaşdırılıb.
Muxalifet.az Unikal.org-a istinaden xəbər verir ki, hadisə ilə bağlı FHN məlumat yayıb. Qeyd edilir ki, Bakı şəhərinin Yasamal rayonunda sökülməkdə olan, ümumi sahəsi 300 m² olan 5 yaşayış evinin yanar konstruksiyaları 120 m² sahədə yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.