Şou əhli Ayan üçün ayağa qalxdı - İfaçını bu məmurun sifarişi ilə qovmaq istəyiblər?

Baxış sayı:
4291

Xəbər verdiyimiz kimi, dünən “Maşın” şouda Fuad Musayev  SMS səsverməsinə çıxarılıb.  O, səs yığacağı təqdirdə, müğənni Ayanı şoudan kənarlaşdıracağını bildirib.
“Yeni Sabah” xəbər verir ki, F. Musayevin bu seçimi və Ayana qarşı hərəkətləri bəzi şou-biznes nümayəndələrini ayağa qaldırıb. 
Belə ki, prodüser Tarix Əliyev (Tolik), əməkdar artist Röya Ayxan, müğənni Ruhi, aparıcı Vüsalə Əlizadə, ötən dəfə şoudan kənarlaşdırılan Kərim Abbasov kimi tanınmışlar F. Musayevə və ona dəstək olan kişi iştirakçılara kəskin etiraz edərək Ayana dəstək olublar. Onlar bu barədə sosial şəbəkələrdə də paylaşım edərəkxanım ifaçı üçün dəstək istəyiblər və özləri də SMS göndəriblər.
Tolik bu barədə maraqlı fikirlər səsləndirib. O, ayanın Füzuli Musayevə görə şoudan göndərilmək istəndiyini deyib: “Fuad, gücünü qadına göstərməyin sifarişlidir. Füzuli Musayev sənə “zakaz” edə bilər, amma bizə yox! Hələ gedib kafedə camaata deyib, “səs verin getsin”, amma öz dostu getdi.
Ayan, orada olan kişilərin 90 faizi özünü göstərmək istəyir. İstər Aqşin, istər Fuad, istər Bilal, istər Nazim olsun, hamısı özü üçün reklam və yaltaqlıq qazanır. Kiminsə "peşka"sı oldular”.
Xatırladaq ki, Fuad Musayevin FHN-in İdman Sağlamlıq Mərkəzinin rəisi  Füzuli Musayevin yaxın dostu və qohumu olduğu deyilir. Füzuli Musayev Ayan Babakişiyevanın qızı Selenanın atasıdır. Bir müddət əvvəl Cütlük qalmaqqalı şəkildə ayrılıb.