​Şotlandiya parlamenti boşaldıldı: TERAKT HƏYƏCANI

Şotlandiya parlamenti terror təhlükəsi səbəbindən tamamilə təxliyyə edilib.
Axar.az xəbər verir ki, bu barədə “Röyter” informasiya yayıb.
Məlumata görə, təxliyyəyə səbəb Mühafizəkarlar Partiyasına göndərilmiş şübhəli bağlama olub.
Hazırda polis hadisə yerində araşdırma aparır.