​Sosial yardımla bağlı yeniliklər olacaq

Baxış sayı:
3007

Ünvanlı sosial yardımın verilməsində bir sıra yeniliklər həyata keçiriləcək.
Yeniliklərdə əsas məqsəd şəffaflığın artırılması, bu yöndə ayrılan vəsaitlərin real olaraq ehtiyac sahiblərinə çatdırılmasını təmin edilməsidir.
Sosial yardımın ayrılması zamanı diqqət ediləcək məqamlardan biri də hazırda sosial yardım alan ailələrin 40 faizində əmək qabiliyyəti olan insanların aktiv əmək bazarına cəlb edilməsidir.
Bundan başqa, 1997-ci ilə qədər şəhid olan və ya itkin düşən şəxslərin ailə üzvlərinə, ya da vərəsələrinə birdəfəlik ödənişlərin edilməsi ilə də bağlı ciddi işlər aparılıb. Belə ki, artıq siyahılar bəllidir və vərəsələrin bu hüquqlarını tanıyan notarial qaydada sənədlər hazır olandan sonra həmin şəxslər nazirlikdə elektron növbəyə duracaqlar.
Nazirliyin sözçüsü Fazil Talıblının sözlərinə görə, sentyabr ayına qədər şəhid ailələrinə və onların vərəsələrinə birdəfəlik ödənişlərin verilməsi ilə hazırlıqlar tam olaraq başa çatdırılacaq.