​“Sosial şəbəkələrdəki ünsürlərin qarşısı alınmalıdır” – DEPUTATDAN QALMAQALLI TƏKLİF

Baxış sayı:
7387

“Azərbaycanda sosial şəbəkə ilə bağlı qanun hazırlanmalıdır. Hesab edirəm ki, “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna da yenidən baxılmalıdır”.
Muxalifet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sahib Alıyev deyib.
“Sosial şəbəkələrə diqqət yetirəndə görürük ki, burada mənəviyyat terrorçuları meydan sulayırlar, Orduxanlar, Vidadi İsgəndərlilər və s… Bunların fiziki terror törədənlərdən fərqi yoxdur, onlar cəmiyyət üçün qorxulu və təhlükəlidirlər. Bu cür ünsürlərin qarşısı qanunvericilik yolu ilə alınmalıdır. Bu, son dərəcə əhəmiyyətlidir”- deputat qeyd edib.