"Sosial şəbəkələrdə yayılan görüntüləri bir neçə mənbədən təhlil edirik" - MSK

Baxış sayı:
1332

“Seçki prosesi düzgün məcrada davam edir”.

Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirib.

R. Qasımov deyib ki, sosial şəbəkələrdə yayılan görüntülərə baxılır: “Sosial şəbəkələrdə yayılan görüntüləri bir neçə mənbədən təhlil edirik. Sosial şəbəkələrdə seçkilərlə bağlı neqativ və ya pozitiv məlumatların yayılması seçkinin şəffaflığını göstərir”.

R. Qasımov qeyd edib ki, ideal seçki gözləmək mümkün deyil: “Neqativ halların olması normaldır. Şəffaflıq prosesin açıq olmasının birinci göstəricisidir. Seçki prosesi hazırda kifayət qədər açıqdır. Cəmiyyətin seçkiyə həddindən artıq marağı var”.