"Sosial şəbəkələrdə monitorinq aparılsın" - DEPUTAT

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı qadağan olunmuş dərman vasitələrinin sosial şəbəkələrdə reklam edildiyini nəzərə alaraq, bu istiqamətdə monitorinq aparılmasını təklif edib.
Deputat bildirib ki, sosial şəbəkələrdə qadağan olunmuş dərmanların reklamı aparılır ki, bu da qanunsuzdur.
“Ancaq buna qarşı heç bir addım atılmır: Təklif edərdim ki, bununla bağlı hansısa monitorinqlər aparılsın. Qanunvericiliyi nə qədər möhkəmləndirsək də, bu məsələdə hələ də boşluq var. Belə hallar aradan qaldırılmalıdır”.