Sosial media hesabından bəyan elədi! - “ƏMƏLİYYAT BAŞLADI”

Baxış sayı:
6265

Poroşenko Donbassda yeni əməliyyata başlamaq əmri verib

Muxalifət.az xəbər verir ki, Ukrayna prezidenti Pyotr Poroşenko dünən ölkənin cənub-şərqindəki Donbass bölgəsində aparılan terrorla mübarizə əməliyyatının başa çatdığını bildirib. Ukrayana Təhlükəsizlik Şurasının apardığı əməliyyatın yerini Birləşmiş Qüvvələr Əməliyyatı alıb. Poroşenko ordunun yüksək səviyyəli komandaları ilə Donbassdakı vəziyyətlə bağlı iclas keçirib.
Poroşenko “Feysbuk” hesabından yaydığı iclas videosunda Ukrayna Təhlükəsizlik Şurasının Donbassda keçirdiyi terrorla mübarizə əməliyyatını dayandırdıqlarını, bu formatın müddətinin bitdiyini, bundan sonrakı dövrdə bölgədəki əməliyyatın Ukrayna ordusu tərəfindən aparılacağını bildirib. Poroşenko bildirib: “Bu adi format dəyişikliyi deyil. Bu, Ukrayna torpaqlarının və ukraynalıların qorunması üçün yeni bir fürsətdir. Ukrayna ölkəsinin hər bir qarış torpağı üçün mübarizə aparmağa davam edəcək”.
Ukrayna hökuməti Donbass bölgəsində terrorla mübarizə əməliyyatına 2014-cü ildə başlamışdı./Hurriyyet.org