SOS ! PUTİN YENİ SSRİ-2 QURUR

Baxış sayı:
4426

Putinin, SSRİ-nin qurulması ilə Leninin siyasətinin, Molotov-Ribbentrop Paktı, Yalta və Bretton Woods barədə verdiyi açıqlamalar, Moskva iqtisadçısı Mixail Xazinin ediyinə görə, keçmişdən çox, Kreml liderinin yeni SSRİ və ya oxşar yeni blokun yaranması haqda düşündüyünü göstərir.
Muxalifet.az
bildirir ki, bu barədə politoloq Pol Qobl öz Facebook səhifəsində paylaşım edib ( windowoneurasia2.blogspot.com/…/putins-recent-historical-re…). Bu ehtimalların müzakirəsi, o davam edir, ABŞ prezidenti Tramp Amerika sənayesini yenidən qurmaq üçün beynəlxalq maliyyə sisteminin dağılması, Avrasiyanın bütün iqtisadi - siyasi düzəni və mövcud dünya düzəninin yenidən şəkillənməsinə yol açan hadisə üzündən mümkün ola bilər.
Putinin bütün müzakirələrinin keçmişə yox, daha çox gələcəyə aid olduğunu görməyən bəzilərinə belə gələ bilər ki, bu tarixi mövzuların heç bir əhəmiyyəti yoxdur, Xazin davam edir.
“SSRİ-2” minimum 4 respublikadan və Rusiyadan ibarət olacaq: Belarus, Qazaxıstan, Özbəkistan, Azərbaycan”.

Üstəlik, Putin, Avropa Birliyinin parçalanması kontekstində “Şərqi Avropanı almalıyıq” deyir. Polşanı parçalanmış Ukraynadan alınmış Qalisiya ilə birgə almaq lazımdır və Ukraynanın böyük bir  hissəsi Belarusiya ilə Rusiya arasında bölünməlidir. Bu dəyişikliklərlə,” Tramp, Putin və Jinpinqin yaratmağa başladığı “yeni Yalta” və “yeni Bretton Woods”-planlarının reallaşdırılması başlayacaq. Bu prosesin Tramp yenidən seçildikdən sonra başlanması üçün düyməyə basılacaq. Əgər, o uduzarsa, SSRİ daxilində vətəndaş müharibəsi başlayacaq”.
Nəticə olaraq, Xazin, Putinin Avropanın müharibəyə qədər bölünməsindən və Molotov-Ribbentrop Paktı haqqında danışması “təsadüfi deyil”. Kreml lideri bu cür razılaşmaların yeni raundunu “uşaqlar, bu Avropa normasıdır” , “ qalib tərəflər adətən yeni xəttlər çəkirlər” deyərək legitimləşdirir. “Xəttləri qalib güclər çəkir”.
Yeni Molotov-Ribbentrop Paktının ardınca gedərək, onlar Britaniyanın maliyyə mərkəzi statusunu itirməsini, ABŞ-ın enişini, Çinin yüksəlişini, Rusiyanın qayıdışını əks etdirən “yeni Bretton Woods” razılaşması əldə emək istəyirlər, Xazin davam edir.

Fürsətdən istifadə etmək üçün, Putin iqtisadiyyatı qaldırmalıdır; o bunu indi yalnız “təmizlənmə ilə edə bilər”. Bu repressiya kimi görünməyəcək, həm dünyada, həm Rusiyada liberal nizamın çöküşünü tanımayan liberal məsləhətçilərin kənarlaşdırılması kimi aparılacaq. Putin hələ ki, onlara qarşı sakitdir. Qərbin onları qorumasından zövq alırlar. Lakin bunlar “Trampdan əvvəl” idi. İndi Putin bunu etməkdə sərbəstdir. O, bu addımları atmaq üçün bu ritorikanı yerinə yetirir: ”Uşqlar, mən istəmirdim, amma vəziyyət məni buna məcbur etdi və ya vəziyyət belə gətirdi”. Moskvada bu cür apokaliptik fikirlərin yayıldığını erməni əsilli rus şərhçisi Serqey Kurqinyan da “Ermənistan və Qarabağın xilası Rusiya ilə SSRİ içində birlikdədir” deyə İrəvana mesajda bildirdi.
Tərcümə etdi: Ülviyyə Şükürova
Muxalifet.az