Soros öz fonduna 18 milyard verdi

Amerikalı milyarder Corc Soros özünün Açıq Cəmiyyət Fonduna 18 milyard dollar yerləşdirib.
Bu barədə informasiyanı “Vol Strit Jurnal” qəzeti yayıb. Qəzet bununla Açıq Cəmiyyət Fondunun ABŞ-da Bill və Melinda Qeytslər Fondundan sonra ikinci ən zəngin fond sırasına yüksəldiyini bildirib.
Qeyd edək ki, Sorosun Açıq Cəmiyyət Fondu dünyanın bir sıra ölkəsində qadağan olunub. Buna səbəb kimi bu fondun həmin ölkələrdə rəngli inqilablar hazırlaması göstərilib.