​Soros dövlətləri dağıdır, hətta Gəzi olaylarını... - Ərdoğan

Baxış sayı:
8572

Gəzi hərəkatını maliyyələşdirən bir nəfərdir, məşhur macar yəhudisi - Corc Soros.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Bu adamın külli miqdarda pulu var və həmin pulları xalqlar arasında nifaq salmağa, dövlətləri dağıtmağa xərcləyir", - Ərdoğan söyləyib.
Qeyd edək ki, 2013-cü ildə İstanbulda Gəzi parkında ağacların kəsilərək yerində ticarət mərkəzinin tikilməsinə etiraz edən nümayişçilərlə polis arasında toqquşmalar baş verib.